La Liqa klubu baş məşqçi ilə yollarını ayırır


İdman 10 May 2018 17:30:00 254 0

La Liqa klubu baş məşqçi ilə yollarını ayırır

Athletic mövsümün sonunda baş məşqçi Xose Anhel siqanda ilə yollarını ayıracaq. Goal.az xəbər verir ki, rəhbərlik onun mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməmək qərarına gəlib. Yeni baş məşqçinin adı məlum deyil.

51 yaşlı Siqanda ötən il Ernesto Valverdenin gedişindən sonra Atletic-in sükanı arxasına keçmişdi. Onun rəhbərliyi altında bask klubu turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.