XƏBƏRİNİZ OLSUN! Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq


Digərləri 10 May 2018 16:52:10 176 0

XƏBƏRİNİZ OLSUN! Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq

Azərbaycanda beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri dövlət qeydiyyatına alınmayacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri dövlət qeydiyyatına alınmayacaq. Trend-in məlumatına görə, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur. Həmin dəyişikliklərə əsasən, dövlət qeydiyyatına alınmayan dərman vasitələrinin siyahısına beynəlxalq və ya regional idman yarışları zamanı iştirakçı dövlətlər tərəfindən həmin dövlətlərin idmançıları və şəxsi heyətinin istifadəsi üçün nəzərdə tutulan dərman vasitələri də əlavə edilib.