Misirdə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)


Digərləri 10 May 2018 16:43:00 217 0

Misirdə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

Bakı. Azərbaycanın Misirdəki səfirliyi, “Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin və Misirin Qalyubiyyə vilayət rəhbərliyinin birgə təşkilatçılığı ilə burada yerləşən Misir-Azərbaycan Dostluq Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə beş milyon əhalisi olan Qalyubiyyə vilayətinin qubernatoru Mahmud Əl Aşmavi, Misirdəki səfirimiz Tural Rzayev, Vilayət məclisinin üzvləri, səfirliyimizin əməkdaşları, diaspor rəhbərləri və üzvləri iştirak ediblər. Tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən istedadlı uşaqlar üçün tədris mərkəzində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar. Sonra tədbir iştirakçıları Misir-Azərbaycan Dostluq Parkında yerləşən Heydər Əliyevin heykəlinin önünə gələrək ulu öndərin əziz xatirəsini yad ediblər.