Bakıdakı internat məktəbində 16 yaşlı qız zorlanıb


Sosial 10 May 2018 15:24:37 274 0

Bakıdakı internat məktəbində 16 yaşlı qız zorlanıb

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb

Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.

“Report” xəbər verir ki, paytaxt şəhər sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində qızı 16 yaşlı N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.