Hesablama Palatası Sosial Müdafiə Fondunun işində qüsurlar tapdı: Artıq pensiya ödənişləri olub


Digərləri 10 May 2018 15:23:00 209 0

Hesablama Palatası Sosial Müdafiə Fondunun işində qüsurlar tapdı: Artıq pensiya ödənişləri olub

Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan audit zamanı artıq pensiya ödənişlərinin olduğunu aşkarlayıb.

Bakı. İlhamə İsabalayeva - Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə dövlət maliyyə-büdcə nəzarətinin həyata keçirilməsi məqsədi ilə aparılan audit zamanı artıq pensiya ödənişlərinin olduğunu aşkarlayıb. Trend-in məlumatına görə, 2017-ci il üzrə aparılan auditin nəticələrinə əsasən, fondun Gəncə şəhər Kəpəz rayonu, Quba, Salyan rayonları və Mingəçevir şəhər şöbələrində məcburi dövlət sığorta haqları üzrə proqnozlar tam icra edilməyib, əmək pensiyalarının təyin edilməsi üçün sənədlərin qəbulu, baxılması və pensiya məbləğinin hesablanması prosesində qanunvericiliyin tələblərinə tam əməl olunmayıb. Əlilliyə görə pensiyaşçıların 2017-ci ilin 1 iyul tarixinədək olan dövrdə işləyib-işləməməsi nəzarətdə saxlanılmayıb. Nəticədə işləməyən əlil kimi əmək pensiyasını tam məbləğdə alan, lakin müəssisə və təşkilatlarda çalışan muzdlu işçilərə, habelə aktiv sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərə ümumilikdə 203134, 5 manat məbləğində artıq pensiya ödənilib.