Azərbaycan neft hasilatını azaltmaqla bağlı öhdəliyi növbəti dəfə yerinə yetirib


Digərləri 10 May 2018 15:15:00 189 0

Azərbaycan neft hasilatını azaltmaqla bağlı öhdəliyi növbəti dəfə yerinə yetirib

2018-ci ilin aprel ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib

Bakı. Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmaya uyğun olaraq Azərbaycan üzrə cari ilin aprel ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin məlumatlara əsasən, cari ilin aprel ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 755,7 min barrelini xam neft, 30 min barrelini kondensat təşkil edib. Gündəlik 623,6 min barrel xam neft, 30 min barrel kondensat, 21,7 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.