Azərbaycan xalqı Heydər Əliyevi anır - FOTOREPORTAJ


Digərləri 10 May 2018 15:00:00 181 0

Azərbaycan xalqı Heydər Əliyevi anır - FOTOREPORTAJ

Müxtəlif peşə sahibləri, sadə vətəndaşlar onun məzarı önünə gül dəstələri qoyurlar

Bu gün Azərbaycanın mərhum prezidenti, ümumilli liderHeydər Əliyevin doğum günüdür.

"Report" xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ictimaiyyət nümayəndələri, müxtəlif peşə sahibləri, sadə vətəndaşlar Fəxri xiyabana gələrək onun xatirəsini ehtiramla anır, məzarı önünə gül dəstələri qoyurlar.

Xatırladaq ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn edilib.