Yığmamızın oyunlarının vaxtı açıqlanıb


İdman 10 May 2018 15:09:00 306 0

Yığmamızın oyunlarının vaxtı açıqlanıb

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu ay keçirəcəyi oyunların vaxtı açıqlanıb. Goal.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu millinin hər üç yoxlama görüşü eyni saatda başlayacaq. Mayın 16-da Gürcüstanın U-20, mayın 24-də və 27-də isə Makedoniyanın U-21 yığması ilə qarşılaşmalar saat 19:00-da start götürəcək. Bütün qarşılaşmalar “Dalğa Arena”da təşkil olunacaq.