İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Heydər Əliyev yad edilib (FOTO)


Digərləri 10 May 2018 15:03:00 273 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Heydər Əliyev yad edilib (FOTO)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.

Bakı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbridə qeyd olunub ki, Heydər Əliyevin sovet dövründə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və iqtisadiyyatının gücləndirilməsi istiqamətində gördüyü işlər sonradan müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm rol oynayıb: "Heydər Əliyevin sovet dövlətinin rəhbərlərindən biri kimi siyasi olimpə yüksəlməsi Azərbaycan siyasi tarixinin parlaq nümunəsidir. Ulu öndərin Azərbaycanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni böhrandan və parçalanmaq təhlükəsindən xilas edib. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ictimai-siyasi sabitliyi yaratmaqla dövlətçiliyi bərpa edib. Heydər Əliyevin torpaq islahatı və özəlləşdirmə siyasəti iqtisadi islahatların məhək daşı olub. Məhz, Ulu öndər qeyd edib ki, “Biz bazar iqtisadiyyatı yolu ilə cəsarətlə getməliyik”. Neft strategiyasının əsasının qoyulması və uğurla icra edilməsi, eyni zamanda iqtisadiyyatın şaxələndirilməsinə başlanılması, yoxsulluğun azaldılması, infrastrukturun bərpası və ordunun gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev həmişə mədəniyyət, ədəbiyyat, elm və təhsilin inkişafını diqqətdə saxlayıb".