Tələbə qız professora geyimsiz etiraz etdi VİDEO FOTO


Digərləri 10 May 2018 14:54:00 333 0

Tələbə qız professora geyimsiz etiraz etdi  VİDEO  FOTO

Bunu qəsdən etdim. Kimsə mənə harada necə geyinməyimlə bağlı göstəriş verə bilməz. Geyim hər insanın öz seçimidir.

Britaniyadakı Kornuoll Universitetində təhsil alan Letisiya Çay belə deyib.

18 yaşlı tələbə kurs işinin müdafiəsi zamanı lövhə qarşısında soyunaraq alt paltarında qalıb.

Son.az The Cornell Sun-a istinadən bildirir ki, 18 yaşlı tələbə bunu müəllimi, professor Rebekka Maqqora etiraz edərək gerçəkləşdirib.

Universitetin "Physical Sciences Building" binasının konfrans zalındakı təqdimat zamanı Çay soyunandan sonra zalda olan 44 tələbədən 28-i də soyunaraq alt paltarında qalıblar.

Olayın səbəbi professor Rebekka Maqqorun ötən həftə Çaya irad bildirməsidir.


Xəbərə aid video


Xəbərə aid fotolar