"Xırdalan dairəsi"ndən Bakıyadək yolda hərəkət məhdudlaşdırılacaq


Digərləri 10 May 2018 14:56:00 271 0

"Xırdalan dairəsi"ndən Bakıyadək yolda hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində "Xırdalan dairəsi"ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Son.az xəbər verir ki, AAYDA və BNA-nin birgə məlumatına görə, bununla əlaqədar olaraq 10 may 2018-ci il tarixində səhər saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.