Tramp: "Nobel mükafatına layiq deyiləm"
Dünya 10 May 2018 14:49:00 235 0
ABŞ Prezidenti Donald Tramp deyib ki, onun üçün Koreya yarımadasında vəziyyətin yaxşılaşması Nobel mükafatından daha vacibdir.
Son.az Trend-ə istinadən xəbər verir ki, Amerika lideri bu mükafata layiq olmadığını dilə gətirib:
"Mənim istədiyim mükafat dünya mükafatıdır, bu elə bir mükafat olmalıdır ki, təkcə amerikalılara deyil, bütün dünyaya bəxş olunan sülhə görə təqdim olunsun".
Mənbə: milli.az