Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə edilib


Digərləri 10 May 2018 14:48:00 210 0

Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə edilib

Mayın 10-u saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb.

Bakı. İlhamə İsabalayeva - Mayın 10-u saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. Şagirdlər məktəbdən təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.