Xirdalan-Bakı istiqamətində hərəkət məhdudlaşdırılır


Digərləri 10 May 2018 14:36:00 214 0

Xirdalan-Bakı istiqamətində hərəkət məhdudlaşdırılır

Xirdalandan Bakıya doğru olan yolda məhdudiyyət tətbiq edilir.

Bakı. Xirdalandan Bakıya doğru olan yolda məhdudiyyət tətbiq edilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb. Məlumatda deyilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 10 may 2018-ci il tarixində səhər saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.