Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB


Dünya 10 May 2018 14:16:00 260 0

Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB

Hazırda insanlar hadisə yerindən evakuasiya edilir

Keniyada bəndin uçması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Bu barədə "Report" "RİA Novosti"yə məlumat verir.

Daha əvvəl 39 nəfərin xəsarət aldığı bildirilib.

Şərqi Nakuru dairə komissarının müavini Omar Salatın məlumatına görə, hökumət fəlakət nəticəsində evsizlərə müvəqqəti sığınacaq tapmağa yardım göstərəcək və onları qida ilə təmin edəcək.

***11:14

Keniyanın Subukia şəhərində mayın 10-na keçən gecə su bəndi uçub.

"Report" "Euronews"a istinadən xəbər verir ki, hadisə zamanıazı 20 nəfər ölüb. Onlarla insan xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Keniyanın bu bölgəsində bir neçə gündür yağış yağır. Yerli KİV-in məlumatına görə, bəndin aşması, sonrakı daşqınlar və dağıntılardan 2500 nəfər zərər çəkə bilər.

Hazırda insanlar hadisə yerindən təxliyyə edilir.