Eskalatordan asılı qalan 3 yaşlı qızın xilas edilmə anı VİDEO FOTO


Dünya 10 May 2018 13:58:00 230 0

Eskalatordan asılı qalan 3 yaşlı qızın xilas edilmə anı  VİDEO  FOTO

Çində alış-veriş mərkəzində qorxulu anlar yaşanıb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, ailəsinin yanından ayrılan 3 yaşlı qız oynamaq üçün eskalatorun əl tutmaq üçün olan yeri ilə yuxarı doğru qalxarkən 20 metr yüksəklikdən asılı qalıb.

AVM-dəki polislərdən biri onu görüb, dərhal xilas edib. O, 3 yaşlı qızı xilas edərkən eskalatora yıxılıb.

Qızın ailəsi uşağı xilas etdiyinə görə polisə hədiyyə verib. Polis isə vəzifəsini yerinə yetirdiyini söyləyib və hədiyyəni qəbul etməyib.


Xəbərə aid fotolar