Rusiya Kubokunun sahibi Avroliqa lisenziyasını almaqda gecikir


İdman 10 May 2018 13:52:00 293 0

Rusiya Kubokunun sahibi Avroliqa lisenziyasını almaqda gecikir

Rusiyanın Tosno klubu Avropa Liqasında iştirak etməyə bilər. Goal.az xəbər verir ki, klub rəhbərliyi maliyyə problemləri ucbatından turnirdə iştirak üçün UEFA-ya vaxtında müraciət etməyib. Leninqrad təmsilçisinin baş direktoru Vyaçeslav Matyuşenko avrokuboklara lisenziya üçün hər şeyi etməyə hazır olduqlarını söyləyib:

"Biz lisenziyalaşdırma prosesini keçməyə hazırıq. Komandada əvvəl maliyyə problemləri var idi. Ona görə vaxtında müraciət edə bilmədik. Mümkün olan hər bir şeyi etməyə çalışacağıq".

Tosno Rusiya kubokunun finalında "Avanqard"ı 2:1 hesabı ilə məğlub edərək Avropa Liqasında iştirak etməyə haqq qazanıb.