Bakıda tramadol satışına görə həbs edilən sabiq nazirin qohumundan xəbər var


Digərləri 10 May 2018 13:49:00 211 0

Bakıda tramadol satışına görə həbs edilən sabiq nazirin qohumundan xəbər var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaq da və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qaımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, həbsdə olan N.Qasımov "Çinar Pharmaceuticals" MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Daha sonra dövlət ittihamçısı cinayət işinin materialları ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 17-dək təxirə salınıb.