Abşeronda maşınla vurulan piyada öldü


Digərləri 10 May 2018 13:26:00 250 0

Abşeronda maşınla vurulan piyada öldü

Abşeronda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, mayın 9-da saat 22.00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində İmişli rayon sakini Malik Məhəmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ülvi Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Abşeron RPİ tərəfindən araşdırma aparılır.