Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası keçirilir - YENİLƏNİB


Digərləri 10 May 2018 13:12:00 161 0

Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası keçirilir - YENİLƏNİB

İclasa Oqtay Əsədov sədrlik edir

Azərbaycan Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasda ilk olaraq çıxış edən parlamentin sədri Oqtay Əsədov Heydər Əliyevin xidmətlərindəndanışıb. O bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətini qurub yaradıb.

Çıxış edən deputat Fəzail Ağamalı qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra zorakılıq ənənələrinə son qoyub: “Heydər Əliyevin yaratdığı müasir Azərbaycan uğurla inkişaf edir. Heydər Əliyevin qoyduğu ənənələr bu gün də yaşayır. Azərbaycan xalqı yaşadıqca ulu öndər Heydər Heydər Əliyev xatirəsini yad edəcək”.

Milli Məclisin deputatı Zahid Oruc da Heydər Əliyevin Azərbaycan dövləti ilə bağlı rolunu xüsusi qiymətləndirib: “Ulu Öndər Heydər Əliyev öz sistemi olan adam idi. O, müqəddəs kitab kimidir. Çünki bu kitabı hər dəfə oxuduqda, yenidən dərk etməyə başlayırsan. Ümumilli liderə xəyanət edənlər uğur qazan bilmədi. Ümummilli liderin yolu nə vaxt qırıldısa, Azərbaycan bunda əziyyət çəkdi. Bu, Ulu Öndərin hakimiyyədən gedişi və yenidən qayıdışı dövrünə təsadüf edir”.

Parlamentin üzvü Rəfael Hüseynov qeyd edib ki, Heydər Əliyev qurduğu dövlət etibarlı əllərdədir: “Heydər Əliyev ona görə bəxtiyardır ki, onun ənənələri davam edir. Yolu yaratmaq bir şərəfdirsə, yolu yaşatmaq ikinci şərəfdir”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Heydər Əliyevin ədalətli insan olduğunu qeyd edib: “O, ədalət prinsiplərini əsas tuturdu. O, mübariz insan idi. Onu ağrıdan o idi vaxtilə çörək verdiyi insanlar parlamentdə onun üzünə durdular. Ulu öndər humanist insan idi, hər bir insanın taleyini fikirləşirdi. Milli Məclisdəki insanların üzərində Heydər Əliyevin haqqı var. Onun qurub yaratdığı Azərbaycan müstəqil yaşayır, borcumuz bunu qorumaqdır”.

Deputatlar Jalə Əliyeva, Gövhər Baxşəliyeva, Aqiyə Naxçıvanlı, Əhliman Əmiraslanov Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlar davam edir.

*** saat 12:02

Bakı. 10 may.