Qidalarımıza həşərat öldürən maddə qatılır? İddialara RƏSMİ CAVAB


Digərləri 10 May 2018 13:10:00 352 1

Qidalarımıza həşərat öldürən maddə qatılır?  İddialara RƏSMİ CAVAB

Bir müddət öncə həkim Füzuli Hüseynovun qəbul etdiyimiz qidaların tərkibində aspartam adlı zəhərli maddənin olması barədə açıqlaması birmənalı qarşılanmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, həkim bildirib ki, içdiyimiz içkilərin, reklam olunan diş pastalarının, xarici istehsallı şirniyyatlar, marmelad, lokum kimi qidaların tərkibinə aspartam adlı maddə əlavə edilir.

Onun sözlərinə görə, bu maddə 1980-ci ilə qədər əkin sahəsində həşəratları öldürmək üçün istifadə olunurdu. Etiket üzərində kodu E 951 olan aspartam insanda əsəbilik, piylənmə, dəridə qaşıntılar, yuxusuzluq, bədəndə turşulaşma, yaddaş pozuntusu, ürək döyüntüləri, maddələr mübadiləsi pozğunluğu, hormonal disbalans kimi problemlər yaradır.