Əmlak qeydiyyatı ilə bağlı yenilik - vətəndaşlar öz sənədlərinin həqiqiliyini yoxlaya biləcək


Digərləri 10 May 2018 12:49:00 337 0

Əmlak qeydiyyatı ilə bağlı yenilik - vətəndaşlar öz sənədlərinin həqiqiliyini yoxlaya biləcək

Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər.

Bakı. Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Xidmət ödənişsiz olaraq yerinə yetirilir. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar Elektron Hökumət Portalına (http://e-emdk.gov.az/eemdk/az/CheckElectronExtract) daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Xidmətin istifadəsində məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir. Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə gətirməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilər.