İtaliyanın Triest limanının prezidenti: "Azad Ticarət Zonasının inkişaf etdirilməsi sadə məsələ deyil"


İqtisadiyyat 10 May 2018 12:31:04 332 0

İtaliyanın Triest limanının prezidenti: "Azad Ticarət Zonasının inkişaf etdirilməsi sadə məsələ deyil"

Zeno Daqostino hesab edir ki, logistika sahəsində təkcə infrastruktur yaratmaqla kifayətlənmək olmaz

"Bakının Ələt qəsəbəsində yaradılanAzad Ticarət Zonası böyük potensiala malikdir".

Bunu "Report"a açıqlamasında İtaliyanın Triest limanının prezidenti Zeno Daqostino deyib.

Onun sözlərinə görə, Zonaya daxil olanBakı Beynəlxalq Dəniz TicarətLimanı böyük logistika mərkəzidir və onungələcəkdə daha da inkişaf etdirilməsi imkanları mövcuddur.

Bununla belə, qonaq qeyd edib ki, logistika sahəsində təkcəinfrastruktur yaratmaqlakifayətlənmək olmaz: "Azad Ticarət Zonasının inkişaf etdirilməsiüçün Azərbaycanın idarəçiliyə, logistika sahəsi üzrəuniversitetlərə ehtiyacı var. Bu, dünyada sözügedən məkanın rəqabətqabiliyyətli olması çox vacib amildir.Azad Ticarət Zonası yaratmaq üçün maliyyə ola bilər, ancaq real ərazi və idarəçilik sadə məsələ deyil".