Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 95ci ildönümünü qeyd edir FOTO


Digərləri 10 May 2018 12:21:49 251 0

Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 95ci ildönümünü qeyd edir  FOTO

Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür.

Son.az Trend-ə istiadən xəbər verir ki, Ulu Öndərin ad günü - mayın 10-da səhər saatlarından ictimaiyyət nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dualar oxuyurlar.