Arsenal 34 il əvvəlki göstəricini təkrarladı


İdman 10 May 2018 12:29:00 285 0

Arsenal 34 il əvvəlki göstəricini təkrarladı

İngiltərə Premyer Liqasının XXXVII turunda Leicester'lə qarşılaşan Arsenal görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb.

Bununla da, “topçular”ın cari mövsümdə çempionatda buraxdığı qolların sayı 51-ə çatıb. Bu ilk “yeddilik”də qərarlaşan komandalar arasında ən pis göstəricidir.

Arsenal sonuncu dəfə 1983-84 mövsümündə qapısında 50 və 50-dən çox qol görmüşdü – 60. O zaman London klubu çempionatı 6-cı pillədə bitirmişdi.