İsmayıllıda ev quşlarını öldürən naməlum yırtıcılar tapıldı FOTO


Digərləri 10 May 2018 11:44:00 319 0

İsmayıllıda ev quşlarını öldürən naməlum yırtıcılar tapıldı  FOTO

İsmayıllı rayon Aşıqbayramlı kəndində naməlum yırtıcı heyvanlar tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı rayon sakini Ramiz Fətəliyev həyətindəki tövlənin damında nadir rast gəlinən heyvanın balalarını tapıb.

Ev sahibinin sözlərinə görə, o, tövlənin damındakı köhnə ot bağlamalarının altından qəribə səslər eşidib və orada axtarış apararkən 4 ədəd yırtıcı heyvan balası tapıb.

R. Fətəliyev onları dəmir qəfəsə salıb. O, bu heyvanları bəsləmək istəyən şəxslərə və ya heyvanat parkına vermək istədiyini bildirib.


Xəbərə aid fotolar