Şimali Koreya həbsdə olan ABŞ vətəndaşlarını sərbəst buraxdı


Dünya 10 May 2018 11:19:00 290 0

Şimali Koreya həbsdə olan ABŞ vətəndaşlarını sərbəst buraxdı

Şimali Koreya ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun ziyarətindən sonra həbsdə olan 3 Amerika vətəndaşını sərbəst buraxıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp Tvitter səhifəsində yazıb:

"Xarici işlər naziri Mayk Pompeonun hamının qarşılamaq üçün səbirsizləndiyi 3 cənabla dönüş yolunda olduğunu söyləməkdən qürur duyuram".