Rusiyada tələbə dərs vaxtı atəş açıb


Dünya 10 May 2018 10:24:12 213 0

Rusiyada tələbə dərs vaxtı atəş açıb

Bir tələbə güllə yarası alıb, iki nəfər isə özünü pəncərədən atıb

N.A.Lunin adına Novosibirsk Nəqliyyat Texnologiyaları Kollecinin filialının tələbəsi Barabinsk şəhərində keçirilən dərs zamanı kurs yoldaşını yaralayıb, sonra da intihar edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Həkimlər hücuma məruz qalan tələbənin güllə yarası aldığını və hazırda onun əməliyyatda olduğunu bildiriblər.

Daha iki nəfər isə hücum zamanı özünü pəncərədən aşağı atıb və müxtəlif dərəcəli sınıqlarla xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə ilə əlaqədar qubernator vəzifəsini icra edən Andrey Travnikov Ordinski rayonuna planlaşdırılan səfərini ləğv edərək təcili olaraq olay yerinə gəlib.