Bakı Şopinq Festivalında hədiyyə yağışı davam edir!


Digərləri 10 May 2018 09:58:00 215 0

Bakı Şopinq Festivalında hədiyyə yağışı davam edir!

Sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı artıq bir həftədir ki, alış-veriş həvəskarlarını sevindirməyə davam edir.

Bakı. Sayca üçüncü dəfə keçirilən Bakı Şopinq Festivalı artıq bir həftədir ki, alış-veriş həvəskarlarını sevindirməyə davam edir. Trend-in məlumatına görə, "Alış-verişiniz sizə hədiyyə qazandırsın!" şüarı ilə mayın 1-dən açıq elan edilən festivalın Onlayn Lotereyası bu vaxt ərzində yüzlərlə iştirakçıya dəyərli hədiyyələr qazandırıb. Bəs siz qazanmaq üçün nəyi gözləyirsiniz? Sizin də adınız qaliblər siyahısında ola bilər! Bakı Şopinq Festivalındakı bu imkanlarla siz də alış-veriş etdiyinizdə qiymətli hədiyyələr qazana bilərsiniz: - 10000-dən çox dəyərli hədiyyə; - "Nissan Sunny" avtomobili; - bir dəfə alış-veriş etməklə 2 dəfə iştirak etmək şansı; Daha ətraflı =>Sayta keç Özü də bunların hamısı Onlayn-da! Ən əsası, şansınızı onlayn olaraq sınaya bilərsiniz və bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sizin alış-verişinizi təsdiqləyən sənəd (çek və ya VHF) lotereya biletinizə çevriləcək. Bu möhtəşəm fürsətlər Bakı Şopinq Festivalına xüsusi maraq göstərilməsinə səbəb olub. Belə ki, ötən bir həftə ərzində artıq 1000-dən çox iştirakçı alış-veriş edərək qeydiyyatdan keçib, Onlayn Lotereyada şansını sınayıb. 200-dən çox iştirakçı isə dəyərli hədiyyələr qazanıb. Bir-birindən dəyərli hədiyyələr hələ qarşıdadır! İştirak etmək isə çox asandır: - Festivalın lotereya proqramına qoşulmuş mağaza, restoran və supermarketlərdə tələb olunan minimum məbləğdə alış-veriş edirsiniz. - Kassa çekini və ya vergi hesab-fakturanı kassirdən alırsınız. Vergi hesab-fakturanı ƏDV köşkündə təsdiq etdirirsiniz. Ödədiyiniz məbləğin ƏDV-nin qismi hissəsini geri alırsınız. - www.bakushopfest.com/lottery səhifəsində qeydiyyatdan keçirsiniz. - Çek və ya vergi hesab-faktura məlumatlarını daxil edirsiniz və lotereyanın sponsorlarından - Bravo marketlər şəbəkəsi, Baku Electronics, Park Bulvar və digər iştirakçılardan 10 000-dən çox dəyərli hədiyyədən birini qazanmaq şansı əldə edirsiniz.