Bakıda gənc oğlan yol qəzası nəticəsində komaya düşüb


Digərləri 10 May 2018 08:55:00 242 0

Bakıda gənc oğlan yol qəzası nəticəsində komaya düşüb

Onu yolu keçən zaman minik maşını vurub

Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1995-ci il təvəllüdlü Kərimov Nurlan Əflatun oğlu NZS qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı koma vəziyyətinə düşüb. O, "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanın Reanimasiya şöbəsindən verilən məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.