Xiaomi Mi 7: daha ucuz, daha güclü


Digərləri 10 May 2018 08:55:00 276 0

Xiaomi Mi 7: daha ucuz, daha güclü

Bu ilin səbirsizliklə gözlənilən modellərindən biri olan Xiaomi Mi 7 modeli satış qiyməti ilə birliktə ortaya çıxdı. Qeyd edək ki, Xiaomi verdiyi sözün üstündə durdu və bu parametrlərə, xüsusiyyətlərə malik bir modeli daha ucuz şəkildə bazara çıxaracaq. Mi 7 modeli çinli bir satış saytında ortaya çıxdı və texniki parametrləri də dəqiqləşdi.

Son.az technote.az-a istinadən bildirir ki, Xiaomi Mi 7 modelinin 6 Gb/64 Gb versiyası 440$, 6 Gb/128 Gb modeli isə 510$ olacaq. Ayrıca cihazda ekrana inteqrasiya edilmiş barmaq izi sensoru və 3D Üz Oxuma texnologiyası olacaq.