"Azərsu" ASCnin qarşısında bıçaqlanma olub


Digərləri 10 May 2018 08:35:00 279 0

"Azərsu" ASCnin qarşısında bıçaqlanma olub

İki dost arasında mübahisə sonda bıçaqlanma ilə nəticələnib

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1995-ci il təvəllüdlü Şahratlı Cavidan Əlikömək oğlu dostu ilə "Azərsu" ASC-nin inzibati binasının qarşısında əlbəyaxa olub və nəticədə onun tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müəyyən edilib ki, ona ümumilikdə 4 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.