Okeana helikopter düşüb: ölən var


Dünya 10 May 2018 08:13:00 233 0

Okeana helikopter düşüb: ölən var

Braziliyanın Rio-de-Janeyro şəhərində okeana helikopterin düşməsi nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Barra-da-Tijuka çimərliyi yaxınlığında baş verib. Helikopter sahildən 200 metr aralıqda okeana düşüb.

57 yaşlı pilot Murilo Sezar di Kastru Rebellu ölüb. İlkin məlumata əsasən, o, onurğa sütununu zədələyib və suda boğulub. Yaralanan digər üç nəfər xəstəxanaya çatdırılıb.