3 kameralı “iPhone” gələn il çıxacaq


Digərləri 10 May 2018 08:15:00 259 0

3 kameralı “iPhone” gələn il çıxacaq

"Apple" 3 kameralı "iPhone"u 2019-cu ilin ikinci yarısında təqdim edəcək.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Taipei Times" nəşri "Yuanta Securities" şirkətinin analitiki Ceff Punun hesabatına istinadən məlumat verib.

Bundan əvvəl Tayvanın "Economic Daily News" nəşri də gələn il 3 kameralı "iPhone"un istehsal olunacağı ilə bağlı məlumat verib. Məlumata görə, üçqat obyektiv beşqat optik yaxınlaşdırmaya malik olacaq.