Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Unudulmaz” filmi təqdim edilib (FOTO)


Digərləri 10 May 2018 07:11:00 260 0

Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Unudulmaz” filmi təqdim edilib (FOTO)

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 9-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti silsilə tədbirlər keçirilib.

Bakı. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən may ayının 9-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti silsilə tədbirlər keçirilib. Trend-ə səfirlikdən verilən məlumata əsasən, tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər. Mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb, Ümummilli liderin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib. Səfir Süleymanov Ümummilli liderin ən sadiq davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndiyini və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib. Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın Ümummilli Lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb. Bu xüsusda Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü münasibətilə Səfirliyin binasının ətrafında müxtəlif və rəngarəng güllər və çiçəklər əkilərək onun əziz xatirəsi bir daha yad edilib. Beləliklə, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə əkilən güllər Vaşinqtonda Azərbaycanı təcəssüm etdirən daha bir guşəni gözəlləşdirib.