Günün qoroskopu: axşam saatlarında aktiv istirahəti seçin


Digərləri 10 May 2018 00:05:00 273 0

Günün qoroskopu: axşam saatlarında aktiv istirahəti seçin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - əvvəl başladağınız işi yarımçıq qoymayın. Problem nə qədər çətin olsa da, onu həll etməyə çalışın. İşdə münaqişə yarana bilər. Tam etibar etdiyiniz insanlardan birinin dəstəyini itirə bilərsiniz. Qəfil xərclər, maliyyə itkiləri ola bilər.

Günün ikinci yarısında sevdiyiniz insanla ciddi fikir ayrılığı riski var. Münaqişə yaranarsa, uzunmüddətli sərinləşməyə səbəb olacaq. Valideynlərlə diqqətli və həssas davranın.

Bu gün pozulacaq münasibətləri bərpa etmək asan olmayacaq.  

Buğa - emosional fon əlverişli deyil. Təmkinli və səbrli olun, soyuqqanlı davranın. İşdə ciddi problemlər yarana bilər. Müşkülləri çözməsəniz, rəhbərliklə fikir ayrılıqları və ya mübahisənin ağır fəsadları olacaq.

İmtahan vermək, işə düzəlmək, potensial iş yerinin sahibi ilə görüş, işgüzar tərəfdaşlarla ciddi məsələnin müzakirəsi üçün əlverişli gün deyil.

Günün ikinci yarısında müstəqil çalışın. Yaxın ətrafınızdakı insanların fikrinizi yönləndirmələrinə, diqqətinizi dağıtmalarına imkan verməyin.

Maliyyə məsələlərində risk etməyin, şübhəli işlərə və avantüralara qatılmayın. Sevdiyiniz insanla münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Bir qədər əvvəl yaranmış problemləri unutmayın. Onları həll etməsəniz, qayıdacaqlar.

Əkizlər - bir qədər əvvəl başladığınız işi yarımçıq qoymayın. Süst və tənbəl olmayın, ətalətə qapılmayın. İşdə yeni ideyalarınzdan birini rəhbərlik bəyənməyəcək. Bu azmış kimi normada nəzərdə tutulmuş vaxtdan artıq çalışmalı olacaqsınız. İşgüzar tərəfdaşlarla münasibətlərin gərilməsi, ixtilaf və fikir ayrılıqların yaranmasının qarşısını alın. Əvvəlcədən əldə olunmuş razılaşma və anlaşmalar qüvvəsini itirə bilər.

Günün ikinci yarısında yaxınlarınızdan yardım, emosional dəstək və məsləhət gözləyirsiniz. Əvəzində isə sürəkli tənqid, iradlar eşitməli olursunuz.

Axşam saatlarında gəlir əldə edəcəksiniz. Gün ərzində yaranan problemlərin bir qismini həll edə bilərsiniz.

Xərçəng - insanlara həddən ziyadə inanmayın. Əksi olarsa, bədxahlar və rəqiblər situasiyadan maksimum dərəcədə faydalanmağa çalışacaqlar. Fırıldaqçıların məkrli tələsinə düşməyin. Maliyyə itkiləri, uğursuz sövdələşmə və anlaşmalar istisna deyil. Gəlir mənbələrinizdən birini itirə bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla ünsiyyət zamanı həssas və qayğıkeş olun. Yeni tanışlıqlar olacaq.

Yalnız diqqətinizə layiq insanlarla əlaqələr qurun.

Axşam saatlarında aktiv istirahəti seçin.

Şir - peşəkar fəaliyyət baxımından pis gün deyil. Bir qədər səy göstərsəniz, ciddi uğurlara nail ola bilərsiniz. Qələbəyə tezliklə nail olacağınızı düşünməyin. Səbrli olun, əlverişli məqamı gözləyin. İşgüzar və şəxsi əlaqələri bərpa edin. Həmin təmasların bəziləri anlaşılmazlıq, təsadüf sayəsində pozulmuşdu.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Aktiv, enerjili olun. İdmanla məşğul olaraq əhvalınızı yaxşılaşdıra bilərsiniz.

Axşam saatlarında maraqlı tanışlıqlar olacaq.

Qız - şəxsi münasibətlər ön plana keçəcək. Məhz bu sahədə dəyişikliklər yaşanacaq, sizi işləri və planlaşdırmış məqamları unutmağa vadar edəcək. Səhər saatlarındakı proseslər sizi narahat edə bilər. Ciddi nigaranlıq üçün heç bir səbəb yoxdur.

Günün ikinci yarısında situasiyadan öz maraqlarınız üçün istifadə etməyə can atın. Planlaşdırılmamış alış-veriş və ya xərclər ola bilər.

Maliyyə fonu uğurlu deyil. İtkilər ola bilər. Sağlam məntiqli, soyuqqanlı, təmkinli olun.

Anlaşmalar, sövdələşmələr, müzakirələr zamanı tələskənlik etməyin. Bu minvalla itkiləri minimuma endirə bilərsiniz.