Latviyanın Moskvadakı səfirliyi hücuma məruz qalıb


Dünya 09 May 2018 23:34:00 287 0

Latviyanın Moskvadakı səfirliyi hücuma məruz qalıb

Latviyanın Moskvadakı səfirliyinin binası hücuma məruz qalıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç "Tvitter"də yazıb.

"Bu axşam Latviyanın Moskvadakı səfirliyinə hücum olub, təcavüzkarlar saxlanılıb. Rusiyanın Xarici İşlər Nazirliyinə nota verəcəyik, diplomatik nümayəndəliyin təhlükəsizliyi və toxunulmazlığını tələb edəcəyik", nazir yazıb.