Burun və boğazdakı artıq əti kəsdirməyin ziyanları


Digərləri 09 May 2018 23:16:00 377 0

Burun və boğazdakı artıq əti kəsdirməyin ziyanları

"Uşaqların boğazında olan "qlandalar"ın immun sisteminin qorunmasında xüsusi əhəmiyyəti var".

Son.az bildirir ki, bunu Sherg.az-a həkim Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, ağız boşluğuna daxil olan infeksiya ilk növbədə boğazdakı ət badamcıqlarının toxumaları tərəfindən tutulur:

"Bundan sonra infeksiyaya qarşı mübarizə yaranır, orqanizm öz-özünü tənzimləməyə başlayır. Badamcıqları məhz bu səbəbdən kəsdirmək düzgün deyil. Uşaqlar böyüdükcə, boğazdakı badamcıqların həcmi kiçilir. Böyük insanlarda artıq orqanizm o badamcıqlar olmadan özü-özünü tənzimləyə bilir.

Badamcıqların cərrahi üsulla götürülməsinə xüsusi tibbi göstərişlər olmalıdır. Məsələn, ildə üç dəfədən çox angina diaqnozu ilə xəstələnmə baş verirsə, həkim boğazdakı "artıq ət"in kəsilməsini məsləhət görə bilər. Həmçinin, revmatizm kimi hallarda, elektrokardioqramma müayinələrindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranır.