Bədənimizdə olan morfinlər


Digərləri 09 May 2018 22:58:00 268 0

Bədənimizdə olan morfinlər

Keçmiş əsrin 70-ci illərində Avropa alimləri inyəbatırmanı araşdırdıqda aşkar ediblər ki, iynəbatırma proseduru zamanı orqanizmdə təsiri morfinin təsirinə oxşayan ağrıkəsici maddələr əmələ gəlir.

Alimlər onları endorfinlər, yəni "daxili morfinlər" adlandırıblar.

"Xoşbəxtlik hormonları" kimi tanınan endorfinlərdən bizim yaxşı əhvalımız asılıdır. Onlar həmçinin ağrıları azaldır, yuxunu tənzimləyir, stressi azaldır, depressiya ilə mübarizə etməyə kömək edir, təzyiqi normallaşdırır, immuniteti və həzm proseslərini yaxşılaşdırır, xəstəliklərin, yaraların sağalmasını tezləşdirir və s. Bir sözlə desək, həyatımızı daha sağlam və xoşbəxt edir. Bu səbəbdən endorfinlərin orqanizmdə daim yüksək səviyyədə olması çox vacibdir.

Alimlər süni endorfinləri də sintez ediblər. Lakin məlum olub ki, onlar güclü asılılıq yaradır və onların çoxaylı yanaşı təsirləri var. Nəticədə süni endorfinlərin kütləvi istifadəsi mümkünsüz olub.

Endorfinlərin ifrazını artırmaq üçün bəzi təbii üsullar mövcuddur.

Son.az saglamolun.az-a istinadən bu üsulları təqdim edir: 

1. İdman endorfinlərin səviyyəsini əla qaldırır. Yarım saat ərzində idmanla məşğul olan insanın bədənində endorfinlərin səviyyəsi 5-7 dəfə artır.