Neftin qiyməti sürətlə bahalaşa bilər SƏBƏB VİDEO


Digərləri 09 May 2018 21:59:00 266 0

Neftin qiyməti sürətlə bahalaşa bilər  SƏBƏB  VİDEO

ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini ləğv etməsi dünya bazarında neftin qiymətinin bahalaşmasına səbəb olub. Ekspertlər qısa zamanda neftin qiymətinin 80 dolları ötəcəyini düşünürlər.

Son.az bildirir ki, Tramp İranla olan nüvə sazişini ləğv edərək dünya neft bazarında yeni bir tendensiyanın əsasını qoydu. Bu da ixrac olunan İran neftinin dünya bazarında azalması hesabına neftin həcminin aşağı düşməsi və nəticədə neftin qiymətinin sürətlə artması ehtimalıdır.

Trampın qərarını açıqladığı gün neftin qiymətinin artması bunun yaxın gələcəkdə daha böyük rəqəmlərlə ifadə olunacağından xəbər verir.

Ekspert Rəşad Həsənov bildirir ki, neftin qiyməti 90 dollara qədər bahalaşa bilər. Bahalaşma xüsusilə ilkin dönəmdə daha çox nəzərə çarpacaq.