STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb


Digərləri 09 May 2018 22:05:25 248 0

STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb

STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb.

Bakı. STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir. R.Abdullayev qeyd edib: "Türkiyədəki ən böyük aktivimiz olan “Petkim” Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Məhsullarını təxminən 40 ölkəyə ixrac edən “Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb. Holdinqin səhmlərinin dəyəri isə 8,7 dəfə yüksəlib. “Petkim”i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur".