Yol nişanı var, amma piyada zolağı yoxdur TƏHLÜKƏ VİDEO


Digərləri 09 May 2018 21:45:00 276 0

Yol nişanı var, amma piyada zolağı yoxdur  TƏHLÜKƏ  VİDEO

Gənclər sürətlə hərəkət edən avtomobillərin arasından keçmək istəyirlər. Digər piyadalar isə yolu keçmək üçün dəqiqələrlə gözləməli olur.

Son.az bildirir ki, söhbət paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzədə küçəsindən gedir. Bu küçədə piyada zolağı silinib. Bu isə ətrafda yaşayanlar üçün çətinliklər yaradır.

Xezerxeber.az-ın məlumatına görə, yolun hər iki tərəfindən piyada keçidini bildirən nişan var, amma dayanma və durma qaydasını pozan avtomaşınlar təhlükəni daha da artırır. Əraziyə bələd olmayan sürücülər həmin nişanı görmədiyi üçün ərazini gəldikləri sürətlə də keçirlər.