Kabildə törədilən terror hücumları nəticəsində 13 nəfər ölüb


Dünya 09 May 2018 21:30:00 266 0

Kabildə törədilən terror hücumları nəticəsində 13 nəfər ölüb

Bu gün Əfqanıstanın paytaxtı Kabildə ardıcıl bir neçə partlayış baş verib, 13 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, iki terrorçu-kamikadzenin polis məntəqəsinə etdikləri hücum nəticəsində 10 nəfər ölüb. Bundan sonra Kabilin mərkəzində daha bir polis məntəqəsi qarşısında partlayış törədilib, həmçinin naməlum silahlılar bir sıra inzibati binaları  atəşə tutublar. Nəticədə 3 nəfərin öldüyü, yaralıların olduğu bildirilir.