ABŞ Suriyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb


Dünya 09 May 2018 21:28:12 253 0

ABŞ Suriyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

Qadağalar daha bir il qüvvədə olacaq

ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı birtərəfli sanksiyalar rejiminin müddətini daha bir il uzatmaq barədə qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Ağ ev müvafiq bildirişi çərşənbə günü ABŞ Konqresi rəhbərliyinə göndərib.

Sənədin mətnini Amerika liderinin mətbuat xidməti yayıb.