Qobustanda soyuducu təmir edən şəxsin üzü qaynaq aparatından yanıb


Sosial 09 May 2018 20:02:46 299 0

Qobustanda soyuducu təmir edən şəxsin üzü qaynaq aparatından yanıb

Yaralının vəziyyəti ağırdır

Qobustan rayonunda soyuducu təmir edən şəxs özünü qaynaq aparatı ilə yandırıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1983- cü il təvəllüdlü Təklə-Mirzəbaba kənd sakini Gərgahov İbrahim Bəxtiyar oğlu təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, İ.Gərgahova sifətin sol yarısı, sol qulağın II dərəcli termik yanığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağırdır.