Böyük Vətən müharibəsində Qələbə Günü İmişlidə də qeyd olunub - FOTO


Sosial 09 May 2018 20:18:41 319 0

Böyük Vətən müharibəsində Qələbə Günü İmişlidə də qeyd olunub - FOTO

Müharibə illərində İmişli rayonundan 23-ü könüllü qadın olmaqla 4546 nəfər cəbhəyə yollanıb

9 May - Qələbə Gününün 73-cü ildönümü İmişli rayonunda qeyd olunub.

"Report"un Aran bürosu xəbər verir ki, ümumrayon tədbirinin iştirakçıları bu münasibətlə 1941-1945-ci illər müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

Mərasimdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bildirib ki, Böyük Vətən müharibəsi illərində İmişli rayonundan 23-ü könüllü qadın olmaqla 4546 nəfər cəbhəyə yollanıb. Onlardan 2657 nəfəri sağ qalıb və müxtəlif əlillik dərəcəsi alaraq geri dönüb. Hazırda rayonda 5 veteran yaşayır ki, onlar da dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Qeyd olunub ki, o ağır illərdə azərbaycanlılar müxtəlif qoşun növlərində xidmət etməklə öz vəzifə borclarını şərəflə yerinə yetirib, düşmənə layiqli cavab veriblər. Həmçinin bildirilib ki, hər bir müharibə veteranının döyüş təcrübəsi, onların keşməkeşli həyat yolu gənclərimizə örnək olmalıdır.

Dövlət başçısı tərəfindən təqaüdlərinin artırılmasını minnətdarlıq hissi ilə qarşılayan veteranlar onlara göstərilən diqqət və qayğıya görə prezidentə təşəkkür ediblər.