Soyuducu təmir edən şəxs özünü qaynaq aparatı ilə yandırıb


Digərləri 09 May 2018 20:04:00 355 0

Soyuducu təmir edən şəxs özünü qaynaq aparatı ilə yandırıb

Qobustan rayonunda soyuducu təmir edən şəxs özünü qaynaq aparatı ilə yandırıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Təklə-Mirzəbaba kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1983- cü il təvəllüdlü İbrahim Bəxtiyar oğlu Gərgahov soyuducu təmir edərəkən qaynağ aparatı (avtogen) onun üz nahiyyəsini yandırıb. İ.Gərgahov təcili olaraq Şamaxı Rayon Mərkəzi xəstəxanasına gətirilib.

Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə İ.Gərgahov sifətin sol yarısı, sol qulağın 2-ci dərəcli termiki yanğı xəsarətləri ilə şöbəyə yerləşdirilib və vəziyyəti ağırdır.