İbrahim Kalın: "Azərbaycan Prezidentinin Türkiyəyə səfəri Bakı və Ankaranın münasibətlərinin əyani göstəricisidir"


Siyasət 09 May 2018 19:05:00 309 0

İbrahim Kalın: "Azərbaycan Prezidentinin Türkiyəyə səfəri Bakı və Ankaranın münasibətlərinin əyani göstəricisidir"

Azərbaycan Prezidentinin Türkiyəyə son səfəri Bakı və Ankaranın münasibətlərinin əyani göstəricisidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə bir-birinə ən yaxın ölkələrdir: "Türkiyə və Azərbaycanı qardaşlıq münasibətləri, mədəni, dini və siyasi əlaqələr bağlayır".

Onun sözlərinə görə, Azərbaycanla, o cümlədən digər türkdilli ölkələrlə münasibətlərin möhkəmləndirilməsi Türkiyə üçün prioritetdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Türkiyəyə səfəri aprel ayının 25-də baş tutub.