Moskvada Bakının neft qülləsinə abidə qoyulub


Digərləri 09 May 2018 17:45:00 282 0

Moskvada Bakının neft qülləsinə abidə qoyulub

Rusiyada İkinci Dünya müharibəsində əldə olunan qələbəyə Azərbaycanın verdiyi töhfəyə həsr olunmuş abidə açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, abidə Moskva vilayətində Lenin-Sneqirevskiy hərbi-tarix muzeyinin ərazisində açılıb.

Bu, müharibə dövründə sovet tankları, təyyarələri və avtomobilləri üçün yanacağın hasil olunduğu Bakıdakı neft qurğusunun kiçildilmiş surətidir.