Zakir Həsənov hərbçiləri mükafatlandırdı
Digərləri 09 May 2018 17:24:00 222 0
İzmir şəhərində keçirilən "Efes-2018" beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyədə səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.
Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri Azərbaycan hərbçilərinin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.
Mənbə: milli.az